Türkiyədə əməliyyat olunan İsgəndər Həmidovdan yeni xəbər -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə əməliyyat olunan İsgəndər Həmidovdan yeni xəbər - Foto

Siyasət

13 Sentyabr 2019 08:51 1093


Türkiyədə əməliyyat olunan sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidovun sağlıq durumu normaldır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının idarə heyətinin üzvü Fuad Əliyev məlumat verib. O, bildirib ki, ailə üzvləri də İsgəndər bəyin  yanındadır:

“Bildiyim qədərilə, yanında ailə üzvlərindən kənar şəxs yoxdur. Əvvəl onun sentyabrın 10-15-i Bakıya gələcəyi güman edilirdi. İndi isə bu tarix dəqiq deyil. Yəqin ki, həkim rəyindən sonra İsgəndər Həmidovun Bakıya qayıdacağı tarix məlum olacaq”. Pepperoni pizza

Qeyd edək ki, sentyabrın sonunda İ. Həmidovun rəhbərlik etdiyi Xalq Hərəkatının qurultayı gözlənilir. Onun sağlığında problem olmazsa, qurultayda şəxsən iştirak edəcəyi bildirilib.

Xatırladaq ki, bu il mayın 19-da axşam saatlarında halı pisləşən sabiq daxili işlər naziri, müayinə üçün Türkiyəyə aparılıb. Orda müayinə olduqduqdan sonra vətənə qayıdıb. Sentyabrın 6-da isə o, Türkiyənin "Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!