Türkiyədə Ərdoğana qarşı yeni ittifaq yarandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə Ərdoğana qarşı yeni ittifaq yarandı

Siyasət

13 Fevral 2022 10:30 1604


Türkiyədə 6 siyasi partiya bir araya gələrək, AKP-MHP ittifaqına alternativ yeni siyasi blok yaradıb.

Yenisabah.az xəbər verir ki, AKP və MHP-nin təmsil olunduğu Cümhur İttifaqına alternativ yaradılan yeni blokda HDP istisna olmaqla ölkənin bütün güc mərkəzləri təmsil olunur. Yeni siyasi təşkilatın qeyri-rəsmi öndərliyini CHP sədri Kemal Kılıçdaroğlu edir.  Bununla yanaşı, MHP-nin  səsini bölməyə qadir olan mərkəz sağçı İYİ Partiya, AKP-nin tabanını silkələyəcək Davudoğlu və Babacan kimi siyasətçilər, mühafizəkar və mərkəz sağın əski qalaları Səadət və Demokrat Partiya kimi oturuşmuş təşkilatlar da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana qarşı yaradılan yeni siyasi ittifaqda təmsil olunurlar.

Siyasi analitiklər Davudoğlu və Babacanın AKP-nin qurucularından olduğunu əsas gətirərək, yeni siyasi blokun Ərdoğan iqtidarına ciddi rəqib olacağını iddia edirlər.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!