Türkiyədə futbol sevgisi təhsil sistemində dəyişikliyə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə futbol sevgisi təhsil sistemində dəyişikliyə səbəb oldu

İdman

03 Aprel 2026 14:08 398


Türkiyədə futbil sevgisi Təhsil Nazirliyini ölkədə keçiriləcək imtahanla bağlı qərarına yenidən baxmağa məcbur edib.

“Yeni Sabah” xəbər verir ki, liseylərə qəbul imtahanının (LGS) vaxtı milli futbol komandasının Mundialda oyununa görə bir gün əvvələ çəkilib.

Bunu ölkənin təhsil naziri Yusuf Tekin deyib. pizza sifarişi

Vankuverdə keçiriləcək matç Kanada vaxtı ilə iyunun 14-ü gecə saat 12, Türkiyə saatı ilə səhər saat 7-yə təsadüf edəcək.

Türkiyə ictimaiyyəti səhər saat 7-də başlayacaq matçla eyni saatlarda imtahanların keçirilməsini ailələrə əlavə psixoloji narahatlıq, şagirdlərə isə imtahanlara diqqətini toplamaqda problemlər yara biləcəyini əsas gətirib. Buna görə də imtahan vaxtının dəyişdirilməsinin vacibliyi ilə bağlı fikirlər səsləndirilib.

Nazir Yusuf Tekin bildirib ki, imtahan tarixinin dəyişdirilməsi şagirdlərin həm imtahana hazırlığı, həm də milli oyunu izləməsi üçün nəzərdə tutulub.

LGS Türkiyədə orta məktəbdən liseyə (yuxarı məktəb) keçidi müəyyən edən və şagirdlərin nəticələrinə əsasən liseylərə qəbulunu tənzimləyən mərkəzləşdirilmiş imtahandır.

Bu qərar ölkədə futbol azarkeşliyinin nə qədər təsirli olduğunu bir daha göstərir - milli komandanın oyunları bütün cəmiyyətdə, hətta təhsil sistemində belə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!