Türkiyədə güclü zəlzələ gözlənilir? - Mütəxəssis açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə güclü zəlzələ gözlənilir? - Mütəxəssis açıqladı

Dünya

04 Aprel 2026 15:29 549


Məşhur türkiyəli zəlzələ üzrə mütəxəssis, seysmoloq Naci Görür bu səhər Van bölgəsində baş vermiş 5.2 bal gücündə zəlzələdən sonra açıqlama verib. O, növbəti zəlzələnin olub-olmayacağına dair fikrini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Vanın Tuşba rayonunda 5.2 bal gücündə zəlzələ Ağrı, Bitlis, İğdır və Hakkaridə də hiss olunub və qısamüddətli çaxnaşmaya səbəb olub. Dördpendirli pizza

Naci Görür zəlzələnin Van-Yeşilköşk qırılma xətləri arasında baş verdiyini bildirib və bu bölgənin 7 bal gücünə qədər zəlzələ yarada biləcəyini qeyd edib. Lakin o, həmçinin hazırda daha böyük bir zəlzələnin gözlənilmədiyini də əlavə edib.

Qeyd edək ki, bu gün səhər Türkiyənin Van bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib və dərinliyi 13.24 kilometr olaraq müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!