Türkiyədə müalicə alan qazimiz vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə müalicə alan qazimiz vəfat etdi

Maraqlı

29 İyul 2021 14:00 1220


Türkiyədə müalicə alan qazimiz vəfat edib.

Yenisabah.az-ın məlumatına görə, Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, onun nəşinin Azərbaycana gətirilməsində problem yaranıb. pizza mizza

Qeyd edək ki, o Bakıda “German” hospitalda əməliyyat olunmuşdu. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşərək, Ankaraya aparılmışdı.

Baş leytenant Prezident İlham Əliyev sərəncamı ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub. (bakupost)

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!