Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində 81 vilayətdə seçki qutularının artıq 100%-i açılıb.
Son məlumatlara görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan 49,35%, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu 45%, “ATA İttifaqı”nın vahid namizədi, partiyasız Sinan Oğan isə 5,22% səs toplayıb.
Beləliklə də səs saylarında tərəflərdən heç birinin 50% baryerini keçə bilməməsi nəticəsində mayın 28-də ikinci turun olacağı artıq öz təsdiqini tapıb. Marqarita pizza
Qeyd edək ki, ikinci turda artıq 50% baryer olmayacağına görə, tərəflərdən biri 0,1% belə önə keçsə, artıq seçkinin qalibi sayılır.
Məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən politoloq Qabil Hüseynli də eyni rəyi bölüşüb.
Analitik xatırladıb ki, seçkilərin keçirildiyi bir bölgədə seçkilərin nəticələrinin sayılması ətrafında qızğın mübarizə getdi:
“Hətta dava-dalaş da oldu. Ona görə də o bölgədəki səslərin sayılmasını YSK ləğv etdi. Bundan sonra da səsvermələr bitmiş hesab olundu. İkinci turda da səsvermə olacaq”.
Onun fikrincə, Ərdoğanın üstünlükləri kifayət qədərdir:
“Birincisi, o, parlamentdə səs çoxluğuna malikdir və bu, ona inamlı hərəkət etməyə imkan verir. İkincisi, Muharrem İnce və Sinan Oğanın da səsləri, böyük ehtimalla, Ərdoğana gələcək. Çünki elektoral bazada onun şansı çoxdur. Üstəlik, Sinan Oğan bu istiqamətdə bəyanat verə bilər”.
“Parlamentdə AKP-nin səslərin çoxunu qazanması “Cümhur İttifaqı”na daha inamlı hərəkət etməyə və addımlar atmağa imkan verəcək. Məncə, əgər parlamentdə üstünlük kimdədirsə, insanlar da ikinci turda ona üstünlük verəcək, yəni Ərdoğana”, - müsahibimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız