Türkiyədə prezident seçkisi sorğusunun nəticəsi - Qalib bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə prezident seçkisi sorğusunun nəticəsi - Qalib bəlli oldu

Siyasət

09 Aprel 2023 12:13 1688


Türkiyədə prezident seçkisindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən “Areda” şirkəti keçirib.

Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Muharrem İnce (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb. pizza

Bununla belə, sorğu iştirakçılarının 40%-i növbəti seçkidə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəklərini bildiriblər. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP(8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Refah Partiyası (1,9%) və digərləri tutub. 

Qeyd edək ki, bundan öncə “Metropol” şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. “Optimar” şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% olaraq səs toplayacağını bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!