Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 36 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 36 nəfər saxlanıldı

İdman

19 Noyabr 2025 01:27 949


Türkiyədə jandarmeriya doqquz vilayətdə qanunsuz mərc oyunlarından əldə edilən gəlirlərin yuyulmasına (leqallaşadırılması) qarşı əməliyyat keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Əməliyyat zamanı dördü peşəkar hakim olmaqla 36 nəfər saxlanılıb. Məlum olub ki, qanunsuz mərc oyunlarından əldə edilən gəlirlərin izini itirmək üçün kriptovalyutalara aid soyuq pul kisələrindən istifadə edilib. pizza mizza

Saxlanılan bəzi şəxslərin 4 hakimin idarə etdiyi oyunlardan əvvəl və sonra onların hesabına külli miqdarda vəsait köçürdükləri üzə çıxıb.

Təhqiqat çərçivəsində şirkətlərə və şəxslərə məxsus xeyli sayda aktiv müsadirə edilib. Ələ keçirilən aktivlər arasında 1 milyon 441 min avro, 630 min dollar, 5 kq qızıl, 200 kq gümüş və soyuq pul kisələrində saxlanılan kriptovalyutalar var./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!