Türkiyədə qış geri qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə qış geri qayıtdı

Dünya

11 Aprel 2026 11:48 1260


Şərqi Anadoluda güclü yağış və qar ehtimalı səbəbindən 14 vilayətdə sarı xəbərdarlıq elan edilib.

“Yeni Sabah” Türkiyə Meteorologiya Baş İdarəsinə istinadən xəbər verir ki, Anadolunun bir sıra bölgəsində əsasən ildırım ilə leysan şəklində yağıntı gözlənilir.

Ölkə ərazisində havanın temperaturunun normadan aşağı olacağı proqnozlaşdırılır. pizza hut

Bingöl, Bitlis, Diyarbəkir, Ərzincan, Ərzurum, Hatay, Muş, Siirt, Van, Bayburt, Batman, Şırnak, Ərdahan və Osmaniyə vilayətlərində intensiv yağıntı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Şərqi Anadolunun bəzi ərazilərində qar uçqunları və qar əriməsi riski qalmaqdadır.

Hakimiyyət orqanları yol-nəqliyyat hadisələri riskinin yüksək olması səbəbindən vətəndaşları mümkün olduqda şəxsi nəqliyyat vasitələrində yola çıxmaqdan çəkinməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!