Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinin yekunları ilə bağlı İstanbulun 39 rayonunda etiraz aksiyası keçirəcək.
"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, AKP bu şəhərdə nəticələrin saxtalaşdırıldığını iddia edib.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 14 partiya iştirak edib. İstanbul üzrə Xalq Respublika Partiyasının namizədi Ekram İmamoğlu 4,159 milyon səs topladığı halda, hakim partiyanın (AKP) namizədi Binəli Yıldırım 4, 131 milyon səs yığıb. pizza mizza
Telegram kanalımız