Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Seçkinin nəticələri qardaş ölkədə olduğu qədər Azərbaycanda da maraqla gözlənilir.
Yenisabah.az xəbər verir ki, Türkiyənin nüfuzlu “Polimer” sorğu mərkəzi respondentlərin rəyini öyrənib.
Mərkəzin gəlmiş olduğu nəticəyə görə, parlament seçkisinin qalibi Prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının da (AKP) təmsil olunduğu “Cümhur İttifaqı” olacaq. Pepperoni pizza
“Polimer”in qənaətinə görə, Ərdoğan və tərəfdarları 246 mandat əldə etməklə parlamentdəki çoxluğa sahib olacaq.
İkinci sırada əsas müxalif qüvvələrin bir araya gəldiyi “Millət İttifaqı” dayanır. “Millət İttifaqı”nın parlamentdə 227 deputatla təmsil olunacağı bildirilir.
Sabiq daxili işlər naziri Meral Akşenerin sədri olduğu İYİ Partiyasının 51 deputat mandatı əldə etməsi gözlənilir.
Xalqların Demokratiyası Partiyasının (HDP) isə parlamentdə 76 deputatla təmsil olunacağı gözlənilir.
Rafi MÜSLÜMOV
Telegram kanalımız