Türkiyədə seçki sorğusu - Ərdoğan birinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə seçki sorğusu - Ərdoğan birinci oldu

Siyasət

23 Oktyabr 2022 13:59 2083


Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub.

Yenisabah.az xəbər verir ki, "MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub.

O, ən yaxın rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb. Toyuqlu pizza

Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri gələn ilin yayında keçiriləcək. İqtidar düşərgəsi Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb, müxalifət isə hələ də vahid namizədini müəyyən edə bilməyib.,Modern.az

Siyasi analitiklər Ərdoğan yenidən prezident seçilmək şansının digərlərinə nisbətdə yüksək olduğunu düşünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!