Türkiyədə seçkilər 1 il təxirə salına bilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə seçkilər 1 il təxirə salına bilər

Siyasət

13 Fevral 2023 09:50 882


Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilər ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərin nəticələrinə görə qeyri-mümkün ola bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə TGRT Haber telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hakim AKP-nin səlahiyyətli komitələrində seçki tarixinin təxirə salınması ilə bağlı hər hansı qiymətləndirmə aparılmayıb. Amm artıq siqnallar gəlməyə başlayıb.  pizza sifarişi

“Digər tərəfdən, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır. Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq”, - məlumatda bildirilib. 

Telekanal Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə istinad edir ki, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir. 

Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan ölkədə ümumi (həm prezident, həm də parlament) seçkilərin mayın 14-nə təyin edildiyini bildirmişdi. 

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlər on minlərlə insanın ölməsinə və yaralanmasına səbəb olub. Dağıntılar ölkənin 10 şəhərini əhatə edib./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!