Türkiyədə seçkilər təxirə salınmayacaq - Hakim partiya

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə seçkilər təxirə salınmayacaq - Hakim partiya

Siyasət

27 Fevral 2023 17:32 796


Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident və parlament seçkiləri təxirə salınmayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mustafa Elitaş məlumat verib. 

"Parlament fevralın 6-dan etibarən 21 günlük fasilə verib. Bütün millət vəkillərimiz zəlzələ bölgəsində olmaq istədi. Buna görə də Türkiyə Böyük Millət Məclisinin işi fevralın 28-nə qədər dayandırıldı. Sabah parlamentin plenar iclası öz işinə başlayır", - deyə o bildirib.  pizza sifarişi

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Zəlzələdən sonra seçkilərin təxirə salınacağı ilə bağlı fikirlər yayılıb./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!