Türkiyədə sel FƏLAKƏTİ: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sel FƏLAKƏTİ: Ölən və yaralananlar var

Hadisə

07 İyun 2026 10:45 335


Türkiyənin Niğde vilayətində güclü yağış və dolu nəticəsində baş verən sel zamanı bir nəfər həlak olub, beş nəfər yaralanıb.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, hadisə vilayətin Gümüşlər qəsəbəsində qeydə alınıb.

Məlumata görə, leysan yağışlarından sonra yaranan sel sularına üç avtomobil və altı nəfər düşüb. Xilasedicilər tərəfindən sudan çıxarılan şəxslər xəstəxanalara çatdırılıblar. Toyuqlu pizza

Sabiha Dinçer Niğde Ömər Halisdəmir Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə cəlb olunan AFAD, səhiyyə, jandarma, bələdiyyə və digər aidiyyəti qurumların əməkdaşları axtarış-xilasetmə və fəsadların aradan qaldırılması işlərini davam etdirirlər.

Niğde valisi Nədim Akmeşe bildirib ki, sel və daşqınlarla mübarizə tədbirlərinə 39 texnika vahidi, 13 xüsusi təyinatlı iş maşını və 216 nəfər şəxsi heyət cəlb olunub.

Onun sözlərinə görə, yaralılardan birinin müalicəsi davam edir, digər dörd nəfər isə həkim nəzarəti altında saxlanılır.

Hazırda hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!