Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
Yenisabah.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.
Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. Pepperoni pizza
İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Telegram kanalımız