Türkiyədə səsvermədə qan töküldü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə səsvermədə qan töküldü

Dünya

31 Mart 2019 22:52 1084


Türkiyənin Diyarbəkir şəhərinin Qayapınar qəsəbəsində muxtarlıq seçkilərinin səsverməsi zamanı dava baş verib.

Dava Səid və Nevzat adlı iki namizəd və onların yaxınlar arasında buklet paylanılması üstündə çıxıb.

Tərəflər bir-birilərinə odlu silah, bıçaq və dəyənəklərlə hücum ediblər. Dava nəticəsində ikisi ağır olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib. Toyuqlu pizza

Bundan başqa, Mardinin Artuklu qəsəbəsində baş verən davada 3 nəfər yaralanıb.

İstanbulun Kadıköy səmtində seçki məntəqəsinin qarşısındakı davada isə bir nəfər bıçaqlanıb.

Beləliklə, 3 ayrı yerdə qeydə alınan davalarda ümumilikdə 18 nəfər yaralanıb.

Qeyd edək ki, səhər saatlarında Malatya şəhərinin Pütürge qəsəbəsində sandıq başında silahlı dava zamanı 2 nəfər öldürülüb, 1 nəfər isə yaralanıb.

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!