Türkiyədə şok qərar:   Kamal Kılıçdaroğluna həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə şok qərar: Kamal Kılıçdaroğluna həbs cəzası verildi

Dünya

14 Aprel 2026 14:19 328


Türkiyə məhkəməsi ölkənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, sabiq deputat Kamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, məhkəmə hakim Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın K.Kılıçdaroğlu ilə bağlı iddiasını təmin edib.  

Hökmə əsasən, CHP-nin keçmiş sədri çıxışlarında prezidenti təhqir edib. pizza sifarişi

Məhkəmənin qərarına əsasən, siyasətçi 11 ay 20 gün müddətinə həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, sözügedən cinayət işi K.Kılıçdaroğlunun həm deputatlıq, həm də partiya sədri olduğu dövrlərdəki çıxışlarını əhatə edir. İttihamnamədə aşağıdakı faktlar yer alıb:

2014-cü il: Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu dövrdə Mersin mitinqindəki çıxışı;

2016-cı il: Ədirnə mitinqində səsləndirdiyi fikirlər;

Növbəti illər: Partiyasının qrup toplantılarındakı bəyanatları.

Onun toxunulmazlıq hüququ bitdikdən sonra, 2024-cü ildə başlanılan bu araşdırmalar çərçivəsində prokurorluq Kılıçdaroğlu üçün 11 ilə qədər həbs və siyasi fəaliyyətə qadağa (siyasi yasaq) tələb etmişdi.

Ankara 57-ci Asliye Cəza Məhkəməsində ifadə verən Kamal Kılıçdaroğlu isə özünü günahkar hesab etmədiyini vurğulayaraq: “Bu, bir müdafiə deyil. Çünki mən heç bir cinayət törətməmişəm”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!