Türkiyədə toylar ölkə üzrə qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə toylar ölkə üzrə qadağan edildi

Rəsmi

03 Sentyabr 2020 01:43 1192


Türkiyə Səhiyyə Nazirliyinin tövsiyəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər Nazirliyi 14 şəhərdə icazə verilməyən toy-nişan tədbirlərini ölkə üzrə qadağan edən sənəd hazırlayıb.

Yenisabah.az xəbər verir ki, yeni qərara əsasən, 81 əyalətdə 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağandır. Yalnız nikah şəklində keçirilən məclislər 1 saat davam edə bilər. Bu zaman stol və stullar arasında məsafə nəzərə alınmalı, rəqs meydançaları bağlanmalıdır.

Məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların nikah mərasimlərinə gəlməsi də qadağandır. Marqarita pizza

Nikah mərasimi ən azı bir dövlət məmurunun nəzarəti altında keçirilə bilər.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!