Türkiyədə uçan avtomobilin ilk pilotlu sınağı həyata keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə uçan avtomobilin ilk pilotlu sınağı həyata keçirildi

Maraqlı

09 May 2025 23:28 890


"AirCar" şirkəti ikiyerlik uçan avtomobil modelinin ilk pilotlu sınaq uçuşunu həyata keçirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Ötən ayn baş tutmuş sınaqlar zamanı "AirCar"ın qurucusu və icraçı direktoru Eray Altunbozar birnəfərlik prototipdə havaya qalxıb və texnoloji parkın helikopter meydançasına enib, burada ikiyerlik modelə keçib və bir sərnişinlə həyata keçirdiyi ilk uçuşu da uğurla başa vurub. Sezar pizza

Güclü küləyə baxmayaraq bütün təhlükəsizlik tədbirləri görülməklə, uçuş 8 metr yüksəklikdə 10 dəqiqəyə yaxın davam edib.

İkinəfərlik "AirCar" modeli xüsusi olaraq birgə və avtonom hava nəqliyyatı üçün nəzərdə tutulub. Onun xüsusiyyətlərinə bir dəfə enerji doldurmaqla 50-80 km məsafəni qət etmək, 200 kq yük qaldırmaq qabiliyyəti, helikopterdən 5 dəfə daha səssiz olması, 10 dəfə az istismar xərcləri, yüksək təhlükəsizlik üçün 8 mühərrikli sistem daxildir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!