“Türkiyədəki seçkidə süpriz ola bilər“ - Şərh 

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyədəki seçkidə süpriz ola bilər“ - Şərh 

Siyasət

18 Aprel 2023 15:46 781


Türkiyədə prezident seçkilərinin keçirilməsinə bir aydan da az vaxt qalıb. Eyni gündə - mayın 14-də prezident seçkiləri ilə yanaşı parlament seçkiləri də baş tutacaq. 

Bəs, hazırda hansı siyasi qüvvələrin seçkidə qalib gəlmək şansı daha çoxdur?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Oqtay Qasımlı bildirdi ki, hazırkı seçkilərdə iki qüvvənin - regional və iqtisadi güc olan, qlobal səviyyədə Türkiyənin rolunu artıran hakimiyyət və ona qarşı altı partiyanın birləşdiyi müxalifət blokunun fəaliyyəti diqqəti çəkir. Toyuqlu pizza

Oqtay Qasımlının sözlərinə görə, son rəy sorğuları bu iki blok arasında ciddi rəqabətin olacağını göstərir:

"Rəy sorğularında tərəflərin reytinqi bir-birinə çox yaxındır. Bu baxımdan bizi qarşıda çox ciddi bir seçki gözləyir. Bu, son 21 ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və partiyasının iştirak etdiyi ən çətin seçki olacaq. Çünki 21 ildir Türkiyədə hakimiyyətdə olan AKP-nin sədri və “Cumhur İttifaqı”nın namizədi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısında "Millət İttifaqı" durur. Bu, altı partiyanın birləşdiyi bir müxalifət blokudur. Prezident seçkilərində bu blokun namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Kamal Kılınçdaroğludur. Düzdür, Kamal Kılınçdaroğlu 2010-cu ildə CHP-nin başkanı olandan sonra son bələdiyyə seçkiləri istisna olmaqla qatıldığı bütün ümumi və yerli seçkilərdə partiyası qələbə çala bilməyib. Son 2019-cu il bələdiyyə seçkilərində isə vəziyyət xeyli dəyişib. Cümhuriyyət Xalq Partiyasının (CHP) və İYİ partinin dəstəklədiyi nümayəndələr Türkiyənin 13 böyük şəhərinin 12-də bələdiyyə seçkilərində qələbə çalıblar. Xüsusilə də İstanbul, Ankara, İzmir, Antalya, Adana və digər böyük şəhərlərdə bələdiyyələrə müxalifət rəhbərlik edir”.

Oqtay Qasımlı qeyd edib ki, müxalifət bloku hakimiyyətə qarşı kifayət qədər ciddi şəkildə təşkilatlanmış narazı elektratın da potensialından istifadə edir. Bu da seçkilərdə süpriz yarada bilər:

“Son 5 ildə Türkiyədə infliyasiya, iqtisadi vəziyyətin gərginliyi, hakimiyyətin uzunmüddət davam etməsi və fevral ayında baş verən təbii fəlakətin ağır nəticələri hakimiyyətin seçkidə qələbəsinə çətinlik yaradan amildir. Bunlar Türkiyə hakimiyyəti üçün dez-avantaj sayıla bilər. Müxalifət də bundan istifadə etməyə çalışır. Nəticələrlə bağlı konkret bir söz söyləmək çətindir. Amma Türkiyə prezidentinin xarizması, dünyadakı nüfüzu, Türkiyənin son 20 ildə qlobal miqyasda dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi, iqtisadi gücünün artması, hərbi sənaye sahəsində ciddi irəliləyişlərin olması, yüksək texnoloji sənaye sahələrinin genişlənməsi, o cümlədən, Türkiyənin qlobal səviyyədə müdafiə sənayesi məhsulları ixracatı bazarında önəmli bir oyuncuya çevrilməsi Türkiyə hakimiyyəti üçün avantaj sayıla bilər. Qeyd edim ki, 2022-ci ildə bu ixracat Türkiyəyə 4 milyard yarım dollardan artıq vəsaitin gəlməsini təmin edib. Həmçinin son dövrlər Türkiyə Sualtı Müdafiə, Hərbi və Kəşfiyyat Gəmisinin, pilotsuz uçuş aparatlarını daşıyan gəminin Türkiyə Silahlı Qüvvələrinin balansına verilməsi, insansız milli döyüş təyyarəsi olan “Qızıl Alma”nın hazırlanması layihəsi hakimiyyətə avantaj gətirən faktorlardır”.

Politoloq bildirib ki, bütün hallarda Azərbaycan qardaş ölkədə keçirilən seçkilərin Türkiyə, Azərbaycan və bölgəmiz üçün xeyirli və müsbət nəticələr gətirməsini arzulayır:

"Türkiyə vətəndaşlarının seçiminə və onların rəyinə hörmətlə yanaşacağıq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!