Türkiyədən Azərbaycana silah tədarükü artıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən Azərbaycana silah tədarükü artıb

Siyasət

14 Oktyabr 2021 18:03 1494


Türkiyə 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 184 milyon dollarlıq müdafiə və aviasiya sənayesi məhsulları tədarük edib.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Türkiyə İxracatçılar Birliyinin idarə heyətinin üzvü Selaheddin Kaplan deyib.

Onun sözlərinə görə, bu məhsulların Azərbaycana tədarükünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 49,6% artıb. pizza hut

Ümumən 9 ay ərzində Türkiyənin Azərbaycana ixracı 1,73 milyard dollar (artım 16,5%) təşkil edib.

Azərbaycan Türkiyədən 372,802 milyon dollara (artım 22,1%) o cümlədən elektronika (136,6 milyon dollar - artım 12,4%), mebel, kağız və ağac (104,6 milyon dollar - artım 8,8%) ixrac edib. İdxalın qalan hissəsi digər məhsulların payına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!