Türkiyəli müğənni Vəfadan məhkəməyə şikayət edir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli müğənni Vəfadan məhkəməyə şikayət edir

Şou

30 Yanvar 2026 17:58 791


Türkiyəli müğənni Yıldız Tilbe müğənni Vəfa Şərifova barədə açıqlama yayıb.

"Yeni Sabah" olay-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Handan Bakbak mətbuata rəsmi açıqlama hazırlayıb.

Açıqlamada sosial mediada yayılan və əsassız olduğu bildirilən iddialara aydınlıq gətirilib. pizza

Azərbaycanlı müğənni Vəfa Şərifova həm televiziya proqramlarında, həm də sosial media hesablarında Yıldız Tilbe ilə duet oxumaq üçün 100 min dollar ödəniş etdiyini, lakin duet baş tutmadığı üçün çətin vəziyyətdə qaldığını iddia edib. Vəkilin sözlərinə görə, bu iddialar həqiqəti əks etdirmir.

Yıldız Tilbenin adı çəkilən şəxslə indiyədək heç bir əlaqəsi, yazışması, işbirliyi və ya görüşü olmayıb.

Vəkil Handan Bakbak yayılan məlumatların tamamilə uydurma, hüquqa zidd və Yıldız Tilbenin nüfuzuna xələl gətirməyə yönəlmiş olduğunu bildirib. Məsələ ilə bağlı müvafiq hüquqi tədbirlər görüləcək.

Açıqlama ictimaiyyətin diqqətinə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!