Türkiyənin Vitse-prezidenti Əli Əsədova zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin Vitse-prezidenti Əli Əsədova zəng etdi

Siyasət

13 Sentyabr 2022 19:40 905


Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Türkiyənin Vitse-prezidenti Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı ölkəmizə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib.

F.Oktay Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Ə.Əsədova və Azərbaycan xalqına başsağlığı verib. Pepperoni pizza

Baş nazir başsağlığına görə Türkiyənin Vitse-prezidentinə minnətdarlığını bildirib, Azərbaycanın hər zaman Türkiyənin qardaşlıq dəstəyini hiss etdiyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığı diqqətə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!