Türkiyəyə dəstəyi davam etdirəcəyik - Ceyhun Bayramov 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə dəstəyi davam etdirəcəyik - Ceyhun Bayramov 

Siyasət

16 Mart 2023 14:06 644


Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsi böyük mənəvi əhəmiyyət daşıyır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında bildirib. 

Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyi diqqətə çatdırılıb.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!