Türkiyəyə gedən azərbaycanlıların sayı üç dəfə artıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə gedən azərbaycanlıların sayı üç dəfə artıb

Turizm

25 Sentyabr 2021 09:41 6702


2021-ci ilin avqustunda Azərbaycandan Türkiyəyə 74 557 nəfər səfər edib ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 3 dəfə çoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,87 faiz təşkil edib. Marqarita pizza

Yanvar-avqust aylarında 260 807 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 62,27 faiz çoxdur.

2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,85 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə 3,981 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!