Türkiyəyə getmək istəyənlərin nəzərinə - Qiymətlər ucuzlaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə getmək istəyənlərin nəzərinə - Qiymətlər ucuzlaşacaq

Turizm

25 Fevral 2024 18:16 34331


Türkiyədə tətil qiymətləri 2024-cü ildə ruslar üçün bir neçə dəfə ucuzlaşacaq.

Yenisabah.az Referans.az-a istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, türk otelçiləri artıq qiymətləri 20 faiz aşağı salıblar, lakin bu, son hədd deyil, çünki ölkə itirilmiş rus turist axınını geri qaytarmaq istəyir. Son qiymət aprel ayında məlum olacaq. Bununla belə, erkən rezervasiyalar artıq üç dəfə artıb. pizza sifarişi

2022-ci ildə Türkiyədə səkkiz günlük tur adambaşına 1064 avroya, 2023-cü ildə isə 870 avroya başa gəlib. Amma endirim nəzərə alınanda real qiymət 703 avro olub. Hesab olunur ki, bu qiymət 615-659 avroya qədər düşə bilər.

“Misir isə, əksinə, qiymətləri artırıb. İndi isti Afrika ölkəsində beşulduzlu oteldə “hər şey daxil” istirahət 1600 dollardan başlayacaq. Bu, BƏƏ ilə müqayisədə daha bahadır”, - Mash qeyd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!