“Təbii ki, indiyə qədər Türkiyə bu məsələdə Azərbaycanın maraqlarına zidd olan hər hansı bir addım atmayıb. Məhz Qarabağ ətrafı torpaqların işğal altında olması və erməni qoşunlarının oradan çıxmaması Ermənistan və Türkiyə arasındakı sərhədin bağlanmasına və diplomatik əlaqələrin kəsilməsinə səbəb olub. Aşağı-yuxarı 30 ildir də bu proses davam edir”.
Bunu Yenisabah.az-a açıqlamasında Türkiyədə yaşayan politoloq Xaləddin İbrahimli deyib.
O, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının Ermənistanla sərhədlərin açılması barədə fikirlərə münasibət bildirib. Marqarita pizza
Xatırladaq ki, İ. Kalının sözlərinə görə, artıq sərhədlərin açılması, körpünün təmiri, sərhəd nəzarəti, buraxılış məntəqələri ilə bağlı məsələlərlə əlaqədar görüləcək işlər müzakirə olunub.
X. İbrahimli düşünür ki, Türkiyə hər fürsətdə nüfuzundan istifadə edərək Qarabağ probleminin çözülməsinə çalışır, Ermənistanla əlaqələrin bərpası və sərhədlərin açılması məsələsi də buna xidmət edir:
“Ermənistanın çoxlu problemi var. Bir tərəfdən, diaspor, digər tərəfdən, Fransa və Rusiya Türkiyə ilə münasibətlərin normallaşmasına imkan vermir. Ankara-İrəvan münasibətlərin normallaşması Rusiyanın bölgədəki təsir dairəsinin kiçilməsi, habelə Gümrüdəki hərbi bazanın çıxarılması və Qarabağdakı sülhməramlı kontingentin ərazidən dislokasiya olunması deməkdir. Bu, sonda Rusiyanın Cənubi Qafqazdakı təsirinin ortadan qalxmasına gətirib çıxarır. Belə olan halda da regionda əsas aktor dövlət Türkiyə olur. Ona görə də buna qarşı müqavimət çoxdur. Türkiyə də çalışır ki, sərhədləri açsın, amma təbii ki, Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra. Yəni sərhədlərin açılması məsələsi sülh prosesini dəstəkləmək üçündür, ona əngəllər törətmək üçün yox”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız