Türkmənistan Prezidenti Azərbaycan Milli Məclisinin sədrini ordenlə təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkmənistan Prezidenti Azərbaycan Milli Məclisinin sədrini ordenlə təltif etdi

Siyasət

08 Dekabr 2022 00:03 738


Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycan Milli Məclisinin (MM) sədri Sahibə Qafarova “Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Yenisabah.az xəbər verir ki, orden Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən azərbaycanlı həmkarına təqdim olunub.

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov deyib ki, Türkmənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması təkcə iki ölkə xalqlarının mənafeyinə uyğundur. Marqarita pizza

Görüşdə ikitərəfli, regional və beynəlxalq gündəmlə bağlı fikir mübadiləsi aparılıb, BMT, MDB, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və s. formatlarda da səmərəli qarşılıqlı fəaliyyət qeyd olunub.

Qeyd edilib ki, çoxşaxəli əməkdaşlığın gələcək inkişafında dövlətlərarası təmasları tamamlayan və qarşılıqlı fəaliyyət üçün qanunvericilik bazasını möhkəmləndirən parlamentlərarası dialoqa böyük əhəmiyyət verilir.

O da vurğulanıb ki, Türkmənistanla Azərbaycan arasında parlament diplomatiyasının fəallaşması əlaqələrin dərinləşməsinə xidmət edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!