Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırıldı

Dünya

27 May 2022 13:29 739


Türkmənistan Rusiyanın “Rossiya 1” və Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda” telekanallarının yayımını dayandırıb. 

“Report” xəbər verir ki, onlar ölkənin ən böyük lisenziyalı rabitə operatoru “Aşqabad Şəhər Telefon Şəbəkəsi” QSC tərəfindən yayımlanıb.

Rusiyanın digər telekanalları, o cümlədən “Pervı”, RenTV, NTV, STS, TNT, “Çe”, “Matç” və başqaları yayımlanmaqda davam edir. Pepperoni pizza

Türkmənistanda xarici telekanallara baxmaq yalnız yerli operator tərəfindən təqdim olunan kabel və İP televiziyada mümkündür.

Qeyd edək ki, daha öncə Qırğız Respublikasında yerli operator Rusiya telekanallarının yayımını dayandırmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!