“Qarşımızda güclü oyunçulara sahib olan komanda var idi. Lakin biz qələbə qazanacağımıza inanırdıq”.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri “Liverpul”un müdafiəçisi Van Deyk Çempionlar Liqasının 1/8 finalında “Bavariya”ya qalib gəldikləri cavab qarşılaşmasından sonra deyib. O, turu keçməyə layiq olan tərəfin onlar olduğunu bildirib:
“1qol buraxdıq, hesab bərabərləşdi. Lakin sonradan şanslardan istifadə edib qollar vurduq və turu keçməyi bacardıq. Turu keçməyə layiq olan tərəf də biz idik. Bu qol mənim “Liverpul” formasında vurduğum ən vacib qol idi”. Dominos pizza
Telegram kanalımız