Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı

saytların hazırlanması

Evə çatdırılma

Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı

Rəqəmsal

23 Fevral 2021 23:14 1083


Tvitter sosial şəbəkəsi manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan ümumi 373 hesabı bloklayıb.

Yenisabah.az xəbər verir ki, şirkət İranla əlaqəli 238 hesabı və Rusiya ilə əlaqəli 100 hesabı blokladığını açıqlayıb.

Həmçinin, fəaliyyətləri Azərbaycana qarşı yönəlmiş Ermənistanla əlaqəli olan 35 hesab şirklət tərəfindən bloklanıb. Sezar pizza

“Siyasətimiz çərçivəsində Ermənistan hökuməti ilə əlaqəli 35 hesabı araşdırdıq və blokladıq. Bu hesablar Azərbaycana yönəlmiş və geostrateji cəhətdən Ermənistan hökumətinə faydalı olan xəbərləri təbliğ etmək üçün yaradılıb.

Bəzi hallarda saxta hesablar Azərbaycanın dövlət və siyasi xadimləri, habelə Azərbaycanda fəaliyyət göstərdiklərini iddia edən xəbər agentlikləri kimi təqdim ediliblər”.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!