Tvitter Trampa görə Xameneinin hesabını bağladı

saytların hazırlanması

Evə çatdırılma

Tvitter Trampa görə Xameneinin hesabını bağladı

Siyasət

16 Yanvar 2022 09:07 700


Tvitter ABŞ-ın sabiq Prezidenti Donald Trampı təhdid edən yazı ilə çıxış edən İranın Ali lideri Əli Xameneinin hesabını bağlayıb.

Yenisabah.az xəbər verir ki, Xameneinin “khameneisite” adlı rəsmi Tvitter səhifəsi İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə göstəriş verən Trampın öldürülməsini əks etdirən animasiya paylaşdıqdan sonra hesab dondurulub.

Daxil olmaq istəyənlər "Hesab dayandırıldı. Tvitterin qaydalarını pozan hesablar dayandırılır" xəbərdarlığı ilə qarşılaşır. pizza

Qeyd edək ki, Xameneinin rəsmi internet saytında və saytın sosial media hesablarında “İntiqam qətidir” mesajı ilə Süleymaninin öldürülməsinə göstəriş verən Trampın öldürüldüyünü göstərən animasiya yayımlanıb.

Xatırladaq ki, Xameneinin internet saytının “khamenei_site” Tvitter hesabı da keçən il Trampa sui-qəsdi nəzərdə tutan yazıya görə bağlanmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!