Dünyanın ən böyük onlayn taksi xidməti olan “Uber”in Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərə bilməyəcək.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, şirkətin London üçün lisenziyası ləğv edilib. Bu barədə şəhərin nəqliyyat idarəsi bəyanat yayıb.
Bildirilib ki, idarə “Uber”in fəaliyyətində sərnişinlərin təhlükəsizliyini risk altında qoyan müxtəlif pozuntular müəyyən edib. pizza sifarişi
“Uber”in lisenziyasız və sığortası olmayan sürücülərlə işləməsinin də bunda rolu olduğu qeyd edilir.
Telegram kanalımız