Üç ayın gəlini niyə intihar etdi? - Müəmma + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Üç ayın gəlini niyə intihar etdi? - Müəmma + Fotolar

Xalqın səsi

22 Fevral 2019 04:05 1528


Füzuli rayon Kərimbəyli kənd sakini Valeh Şahverdiyev bildirib ki, qızı 3 ay əvvəl ailə həyatı qurub və hərbçi həyat yoldaşı ilə Horadiz şəhərində kirayə yaşayıb. 

Ata “Yeni Sabah”a bildirib ki, fevralın 8-də qızı evdə asılmış vəziyyətdə tapılıb. Valeh Şahverdiyev isə bildirir ki, qızının özünü öldürməsinə inanmır və deyir ki, hadisə olan zaman Afətin həyat yoldaşı evdə olub. O hadisə ilə bağlı bunlara məlumat verib. 

V. Şahverdiyev bildirib ki, həyat yoldaşı ilə birlikdə qızının evinə getdikdə meyiti yerə uzatmışdılar və onun üzərində xəsarətlər var və meyitin başı üstündə durmurdu. Hadisəsən sonra kürəkəni evdən çıxıb gedib. Ata qızının ölümündə kürəkəni günahlandırır. Bununla bağlı hüquq mühafizə orqanlarının biganə yanaşdığını iddia edir. Onun sözlərinə görə, qızını kürəkənin öldürməsinə dair kifayət qədər sübutlar olasa da bu günə qədər o həbs edilməyib. pizza sifarişi

Valeh Şahverdiyev sözlərinə görə, hələlik ekspertizanın yekun rəyi yoxdur: "Beyləqanda ekpert məndən soruşdu ki, ər-arvad arasında münaqişə olubmu? Dedim ki, bilmirəm, olubsa da, bizə deməyib. Amma mən prokurora da, polis rəisinə də demişəm ki, qızımın özünü asma ehtimalı yoxdur. Afətin həyatından narazılığı olmayıb. Həmin gün də həyat yoldaşı ilə birlikdə banka gedib, gəliblər sonra isə bu hadisə baş verib”.

Qeyd edək ki, faktla bağlı Füzuli rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanaraq araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!