Üç bələdiyyə başqanı Muharrem İncənin ayağına getdi

saytların hazırlanması

Evə çatdırılma

Üç bələdiyyə başqanı Muharrem İncənin ayağına getdi

Siyasət

25 May 2023 15:29 785


Türkiyədə prezident seçkilərinin ikinci turuna hazırlıq davam edir. Seçki günü yaxınlaşdıqca həm iqtidar, həm də müxalifət namizədinin tərəfdarlarının sırası da genişlənir. 

Yenisabah.az xəbər verir ki, prezidentliyə namizəd, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyənlərin sırasına daha bir tanınmış sima qoşula bilər.

Türkiyənin “Sözcü” qəzetinin yazarı İsmayıl Saymazın iddiasına görə, Kemal Kılıçdaroğlu dünən “Məmləkət” Partiyasının sədri Muharrem İncənin yanına öz adamlarını göndərib. Heyətdə Adana, Bolu və Böyük Çəkməcə  bələdiyyə sədrləri olub. Onlar Muharrem İncədən prezident seçkilərinin ikinci turu ilə bağlı ortaya konkret mövqe qoymağı və CHP sədri K.Kılıçdaroğlunu dəstəkləməyi xahiş ediblər.  pizza sifarişi

Jurnalistin iddiasına görə, yaxın saatlarda Muharrem İncə Kemal Kılıçdaroğlunu dəstəklədiyinə dair bəyənatla çıxış edə bilər. 

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!