Üç ölkədən Zəngəzur    BƏYANNAMƏSİ

saytların hazırlanması

Evə çatdırılma

Üç ölkədən Zəngəzur  BƏYANNAMƏSİ

Siyasət

02 Avqust 2022 14:23 1173


Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovun imzaladığı Daşkənd bəyannaməsində deyilir.

Bəyannamədə tərəflər Azərbaycanın münaqişədən sonra ərazilərinin bərpasında, investisiya yolu ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin rekonstruksiyası və reinteqrasiyasında səylərinin dəstəklənməsinin vacibliyini ifadə ediblər. Dominos pizza

Sənəddə qeyd olunub ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyasında Türkiyə və Özbəkistan şirkətlərinin iştirakını yüksək qiymətləndirir.

Bəyannamədə həm də bildirilib ki, tərəflər Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün vacibliyini vurğulayır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!