Üç ölkənin opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Üç ölkənin opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

Mədəniyyət

06 Sentyabr 2019 15:44 1240


Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən "Yeni Sabah"a bildirilib ki, səhnə əsərini tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edəcək. Opera tamaşasında Mimi partiyası teatrın aparıcı solisti - Əməkdar artist, “Humay” milli mükafatının laureatı Afaq Abbasova tərəfindən ifa olunacaq.

Teatrın rəhbərliyi tanınmış və istedadlı opera ifaçıları - Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovu və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu da operada əsas partiyalardan olan Rudolf və Marselini ifa etmək üçün dəvət edib. Pepperoni pizza

Səhnə əsərində, həmçinin Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor) və Əkrəm Poladov (Kollen) çıxış edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!