Üç qohumun boğularaq öldüyü hadisənin TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Üç qohumun boğularaq öldüyü hadisənin TƏFƏRRÜATI

Sosial

25 Avqust 2025 18:14 700


Pirsaat çayında üç nəfər batıb.

Hadisə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində qeydə alınıb.

Həyatını itirənlər Ərəbqədim kənd sakinləri - 1992-ci il təvəllüdlü Rahib Cavadlı, onun qardaşı uşaqları 2010-cu il təvəllüdlü Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlıdır. Sezar pizza

Məlumata görə, onlar pirə ziyarətə gediblərmiş. E.Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.

"15 yaşında olan nəvəm çaya çimməyə düşüb. Böyük qardaşı boğulduğunu görüb, özünü onun arxasınca atıb. Oktyabrda hərbi xidmətə getməli idi. Oğlum da onları çıxarmaq üçün çaya tullanıb. Amma bir-birilərinə kömək edə bilməyiblər. Balamın biri sonsuz, o birilər də yetim qaldılar", - deyə çayda boğulanların qohumu Ağababa Cavadov söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!