Türkiyədə ər arvadını öldürərək intihar edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Adıyaman şəhəri Bahçelievlər məhəlləsində baş verib. 36 yaşlı Ekrem Daşcan ilə 25 yaşlı 3 uşaq anası olan arvadı Merve arasında yaşadıqları evdə mübahisə yaranıb. Mübahisə zamanı kişi tapança ilə arvadını vuraraq, öldürüb.
Daha sonra eyni silahla özünə də atəş açaraq, intihar edib. Sezar pizza
1, 4 və 7 yaşlı uşaqların ağlamaq səsinə gələn qonşular polis və təcili tibbi yardıma xəbər veriblər. Həkimlər ər-arvadın öldüyünü müəyyən ediblər.
Onların meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.
Araşdırma aparılır.
Telegram kanalımız