Üç uşaq anası qəzada belə həlak oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Üç uşaq anası qəzada belə həlak oldu - Video

Avto

22 Avqust 2019 19:16 1573


İyun ayının 22-si günorta saatlarında Bakının mərkəzində - Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş vermişdi.

“Yeni Sabah” Avtosfer.az-a istinadən xəbər verir ki, "Hyundai Tucson” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.

Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. pizza sifarişi

Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!