Üç yüz manata da var, səkkiz yüz manata da...

saytların hazırlanması

Evə çatdırılma

Üç yüz manata da var, səkkiz yüz manata da...

Sosial

27 Yanvar 2019 02:35 1126


Paytaxtın kirayə bazarında qiymətlər stabildir. Əmək məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, bazarda qiymətlər əsasən tədris ilinin əvvəlində və sonunda dəyişir, hazırda isə hər iki mərhələ geridə qalıb:

"Həmçinin, şəhərin böyük hissəsində infrastruktur layihələri ilə əlaqədar xüsusən kirayə bazarında təklif portfelinin əsas hissəsini təşkil edən ərazilərdə, məsələn Sovetski, Yasamal və s. söküntü prosesi baş verdikdə qiymətlərdə dəyişiklik baş verir. Hazırda həmin ərazilərdə də söküntü prosesi müşahidə olunmur. Əgər yaxın gələcəkdə hansısa infrastruktur layihəsi ilə əlaqədar belə bir proses baş verərsə, yenidən bazarda qiymət dəyişməsi prosesi müşahidə edilə bilər. Amma indiki halda qiymətlər stabildir.

Daha çox bayram ərəfəsində əsasən şəhər mərkəzində gündəlik istifadəyə verilən mənzillərin qiymətində müəyyən artımlar baş verir, hazırda bu istiqamətdə də bazarda sabitlikdir". Marqarita pizza

Ekspert kirayə bazarında mənsil sayından, şəraitindən və yerindən asılı olaraq evlərin qiymətinə də aydınlıq gətirib. O, Paytaxtın mərkəzindən qiymətlərin həddən artıq yüksək olduğunu bildirib:  "Şəhər ərazisində birotaqlı mənzillərin qiyməti minimum 250 manatdan başlayır. İkiotaqlı mənzillərdə qiymətlər mənzilin kommunal şəraitindən, eyni zamanda təsisatından asılı olaraq daha çox şəhər mərkəzindən kənar hissədə 300 manatdan başlayır, bəzi yerlərdə 600-700 manata qədər arta bilir. Üçotaqlı mənzillərin isə qiyməti 400-450 manatdan başlayır.

Mərkəzi hissələrdə isə qiymətlər həddən artıq yüksəkdir. Tutaq ki, "28 May", "Sahil", "İçəri Şəhər" metrosunun ərazisinə düşən hissələrdə yeni tikililərdə ikiotaqlı mənzillər təqribən 800 manatdan, köhnə tikililərdə isə 650 manatdan başlayır".

Qaynar.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!