Uçan avtomobilin ilk sınağı uğurla tamamlandı

saytların hazırlanması

Evə çatdırılma

Uçan avtomobilin ilk sınağı uğurla tamamlandı

Avto

25 Fevral 2025 14:05 2042


Amerikanın Alef aviasiya şirkətinin hazırladığı uçan avtomobil Kaliforniyada keçirilən sınaq uçuşunu uğurla başa vurub.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, quruda 320 kilometr, havada isə 180 kilometr məsafə qət edə bilən bu avtomobil karbon lifli örtüyü və gövdə altındakı pərləri ilə diqqət çəkir. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitəsi həm quruda, həm də havada hərəkəti mümkün edərək yeni bir dövrü başlatmağı hədəfləyir.

Mütəxəssislərin fikrincə,  uçan avtomobillərn istifadəyə verilməsi tıxac problemini azaldacaq və insanların vaxtdan daha səmərəli istifadə etməsinə şərait yaradacaq. Lakin bu texnologiyanın geniş yayılması üçün yeni infrastruktur və qaydalar tələb olunacaq. Dördpendirli pizza

Kaliforniyada istehsal edilən iki nəfərlik uçan avtomobil bir neçə gün əvvəl Barselonada keçirilən Mobil Dünya Konqresində təqdim edilib və böyük maraqla qarşılanıb. Avtomobilin ilkin sifariş qiyməti 300 min dollar olaraq açıqlanıb. Şirkət rəsmiləri indiyədək 3 mindən çox sifariş aldıqlarını və istehsal gücünün artması ilə qiymətin aşağı düşəcəyini bildiriblər.

İlk sürüş və uçuş sınaqları 2019-cu ildə başlayan "Zero" modelinin yaxın aylarda kütləvi istehsalına başlanması planlaşdırılır. Mütəxəssislər bu avtomobilin xüsusilə xilasetmə əməliyyatlarında böyük fayda verəcəyini vurğulayırlar.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!