Ucar sakinlərindən müdirlə bağlı şikayət

saytların hazırlanması

Evə çatdırılma

Ucar sakinlərindən müdirlə bağlı şikayət

Rəsmi

19 İyun 2019 07:51 1587


Ucar rayon sakinləri Kənd Təsərrüfatı Nazirliyinə tabe olan Ucar Aqro Servisindən şikayət edirlər.

Bu haqda “Yeni Sabah”a müraciət edən yerli sakinlər bildiriblər ki, Aqroservisin müdiri Nazir Şükürova qarşı ittihamlar səsləndiriblər. Onlar qeyd ediblər ki, Nazir Şükürov müraciət edən şəxslərdən lizinq pulunu alsa da banka ödəməyib: 

“Həmin pulun ödəniş qəbzini istəsək də indiyə qədər bizə verməyib. Biz uzun müddətdir ki, Ucar Aqroservisdən lizinq yolu ilə kənd təsərrüfatı teknikası götürüb işlədirik və vaxtlı-vaxtında pulumuzu ödəyirik. Bizm uzun müdət kənd təsərrüfatı texnikalarının təcrübəli sürücü olmağımıza baxmayarq, Nazir Şükürov bu il gələn yeni taxıl biçən kombaynları rüşvət alıb təcrübəsiz naşı sürücülərə verib. Hansı ki, həmin kombaynlar təcrübəli sürücü olduğumuz üçün bizə verilməli idi.  Toyuqlu pizza

Kənd Təsərrüfatı Naziri cənab İman Kərimovun özünün şəxsən göstərişi var ki, yeni texnikaları naşı işçilərə verməyin təcrübəli mexanizatorlara verin. Çünki naşı müxanizatorlar həmin yeni bahalı texnikaları tez sıradan çıxarıb xarab edirlər. Ancaq Ucar Aqrosservisin rəhbərliyi bu tapşırığa əməl etmir.

Qeyd edək ki, Nazir Şükürovun Bakı şəhərində marşurut xəttində işləyən çoxlu sayda avtobusları var. 01 oktyabr 2018-ci il tarixdə qatarla toqquşan avtobus Nazir Şükürova məxsus olub. Həmin qəza zamanı 1 nəfər azyaşlı ölmüş, 34 nəfər isə yaralanmışdı. 

Qeyd edək ki, Ucar Pambıq Emalı Məntəqəsinin direktoru Həsən Şahverdiyevin 71 yaşı var. Onun tutduğu vəzifədən kənarlaşdırılacağı gözlənilir deyə, Nazir Şükürov çalışır ki, həmin vəzifəyə təyin edilsin. O, hətta bu barədə yaxın ətrafına danışıb ki, həmin vəzifənin qiymətini də çatdırıb.

Biz Nazir Şükürovun qanunsuz əməlləri barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri cənab Azər Əmiraslanova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova və “Aqroliznq” ASC-nin sədr cənab Seymur Mövlayevə şikayət ərizələri ilə müraciətlər etmişik.

Xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb Ucar Aqro servizin müdiri Nazir Şükürovun barəsində ciddi tədbirlər görəsünlər”.

Şikayəti Ucar Aqroservisin işçiləri - Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu  və Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!