Ucarda heyvanlar arasında profilaktik tədbirlər aparılır

saytların hazırlanması

Evə çatdırılma

Ucarda heyvanlar arasında profilaktik tədbirlər aparılır

Rəsmi

18 Fevral 2019 19:47 1074


Ucarda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır.

“Yeni Sabah” xəbər verir ki, Ucar Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq rayonun 1 şəhər və 29 kəndində 13 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib.

Hazırda Ucar rayon Baytarlıq İdarəsi tərəfindən Təzə Şilyan kəndində yerləşən Məzahir Məmmədova məxsus təsərrüfatda lizinqlə alınmış 125 baş damazlıq macar cinsli camışlarda və 83 baş onlardan alınan balalarda qarayara xəstəliyi əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 59085 baş iribuynuzlu, 400 baş təkdırnaqlı heyvanda qarayara, 2000 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılaraq, 15000 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. pizza mizza

Fevral ayının 10-dan isə Ucar rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,“Asiya-1” və Tur-15 tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 8 min başdan artıq iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb.  

Həmçinin rayonda bölgü əsasında quşlarda nyukasıl xəstəliyinə qarşı peyvəndləmə aparılması üçün vaksin verilib və tədbirin aparılmasına başlanılıb.

Ümumiyyətlə, Ucar rayonunda 59111 baş iribuynuzlu, 55362 baş xırdabuynuzlu, 400 baş at və 517 min başdan artıq ev quşu mövcuddur.  

Ucar rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!