Ucarda traktor qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

Ucarda traktor qalmaqalı

Rəsmi

11 İyul 2019 08:13 1723


Ucar rayonunun Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Əhmədov Məhəmməd Xudazər oğlu Ucar Aqroservisinin rəhbərliyi tərəfindən hüquqlarının pozulduqlarını bildirilər.

Bu haqda “Yeni Sabah”a müraciət edən şikayətçilər deyir ki, onların hər ikisi traktor sürücüləridir. Bir müddət əvvəl Ucar Aqroservisində xarab olduğu üçün istifadə edilməyib saxlanılan Belarus 12.21 markalı 10 F 843 nömrəli traktoru təmir edib istifadə etmək üçün baş idarəyə müraciət ediblər. Nəticədə razılıq əldə olunub.

“Həmin traktor 6 aydan çox idi ki, Ucar Aqroservisdə istifadəsiz saxlanılmışdı. Biz şərikli həmin traktoru öz vəsaitimiz hesabına təmir etdirdik ki, şərik işlədib ailəmizə çörək qazanaq. Qanunu qaydada müqavilə tərtib edildi, rüsum ödədik. Traktorun təmiri üçün ehtiyat hissələri alınmasına 1202 manat, qaynaq işlərinə və sair aqreqatlara isə 600 manat pul xərclədik”. Marqarita pizza

Lakin kənd sakinləri şikayət edirlər ki, təmir başa çatdıqdan sonra Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və Ucar Aqroservisin direktoru Nazir Şükürov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tərtib olunmuş və rüsumu ödənilmiş müqaviləyə imza aatmaq istəmirlər.

Səbəb isə bunula izah edilir ki, traktoru əvvəl işlədən Oğuz rayon sakini həmin traktoru özü yenidən işlətmək istəyir.

“Biz isə Sədaqət Ağayevə və Nazir Şükürova izah edirik ki, bunu nə üçün əvvəldən demirdiniz? Biz bu qədər pul xərcləyib xarab olmuş traktoru tam işlək vəziyyətə gətirəndən sonra bu bahənə ilə bizə əziyyət verirsiniz. Biz həmin pulu borc alıb traktoru təmir etdirmişik”.

Cavabında isə müdir “Aqroservisin rəhbəri mənəm, belə qərar verirəm” deyib.

Sakinlər iddia edir ki, Sədaqət Ağayev və Nazir Şükürov həmin Oğuz sakinindən rüşvət alıblar. 

Həmin şəxslər bu kimi qanunsuzluqlarla özlərinə Yevlax, Ucar rayonlarında və Bakı şəhərində çoxlu sayda ticarət obyektləri, yanacaq doldurma məntəqələri, restoranlar, mənzillər və bahalı avtomobillər alıblar.

“Biz isə gündəlik çörəyimizi qazanmaq üçün min əziyyət çəkən zəhmətkeş insanlarıq. Onların var-dövləti və vəzifələri var. Biz prezident İlham Əliyevə və nazir İnam Kərimova müraciət edirik ki, bu problemi həll etsinlər”.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!