“Raketin Rusiya tərəfindən atıldığı hələ təsdiqlənməyib, amma buna hərbi müdaxilə olarsa, bu artıq Üçüncü Dünya Müharibəsinin başlanması deməkdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib.
“NATO Nizannaməsinin 4-cü maddəsinə görə KTMT-nin üzvü olan istənilən dövlətə qarşı hər hansı bir təhdid olarsa, NATO dövlətləri müdaxilə etməlidir. Düzü, inanmıram ki, hərbi müdaxilə olsun. Hərbi müdaxilə artıq Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir. Amma, bu gözlənilən idi. Çünki Rusiya tez-tez Polşanı təhdid edirdi. Ola bilər ki, bu ya Rusiya, ya da Belarus ərazisindən atılıb, yəni dəqiqləşdirmək lazımdır. Çünki bütün ölkələrin hava hücumundan müdafiə sistemi var və o sistemdə də dünyanın harasından hər hansı bir raket atılırsa, onu görürlər. Bu mənada Polşaya atılan raketlə bağlı çox dəqiq məlumat əldə olunacaq. Ondan sonra həm ABŞ-ın, həm də Qərb dövlətlərinin Rusiyaya qarşı münasibətlrəinə qiymət vermək olar”. Sezar pizza
Telegram kanalımız