Topaz Premyer Liqasının 22-ci tur çərçivəsində 30 aprel tarixində keçirilən “Zirə” – “Səbail” matçı qonaqların qələbəsi ilə başa çatıb.
“Zirə”nin yarımmüdafiəçisi Tellur Mütəllimov “Yeni Sabah”a açıqlamasında məğlubiyyəti şərh edib: “Hər oyuna ciddi hazırlaşırıq. Bu oyuna da ciddi hazırlaşaraq meydana qalibiyyət üçün çıxmışdıq. Buna görə də, uduzmaq planımızda yox idi. Amma çox təəssüf ki, məğlubiyyətlə üzləşdik. Bu futboldur, bəzən hər şey istədiyimiz kimi olmur. Məğlubiyyəti unudub gələcək oyunlara köklənməliyik”. Futbolçu oyundan sonra rəqib futbolçularla aralarında olan qalmaqaldan da danışıb: “Oyundan sonra baş verən qalmaqalda ciddi bir şey yox idi. Sadəcə anlaşılmazlıq oldu, sonradan məsələ aydınlaşdı və hərşey qaydasına düşdü”.
Qeyd edək ki, “Zirə” hazırda 22 xalla turnir cədvəlində 6-cı yerdədir. Toyuqlu pizza
Naibə Məmmədova
Telegram kanalımız