Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, 8-ci turun matçlarından sonra 1/8 finala və pley-offa adlayan klubların, həmçinin mübarizəni dayandıran bütün komandaların adları dəqiqləşib.
Reqlamentə əsasən, ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarla vidalaşır. Dördpendirli pizza
1/8 finala yüksələnlər
"Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyülland" (Danimarka), "Betis" (İspaniya), "Portu" (Portuqaliya), "Braqa" (Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya)
Pley-offçular
"Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferensvaoş" (Macarıstan), "Nottinqem Forest" (İngiltərə), "Viktoriya" (Çexiya), "Srvena Zvezda" (Serbiya), "Selta" (İspaniya), PAOK (Yunanıstan), "Lill" (Fransa), "Fənərbaxça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Seltik" (Şotlandiya), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Xorvatiya), "Brann" (Norveç)
Mübarizəni başa vuranlar
"Yanq Boyz" (İsveçrə), "Şturm" (Avstriya), FCSB (Rumıniya), "Qo Ehed İqlz" (Niderland), "Feyenoord" (Niderland), "Bazel" (İsveçrə), "Zalsburq" (Avstriya), "Reyncers" (Şotlandiya), "Nitsa" (Fransa), "Utrext" (Niderland), "Malmö" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail)
Qeyd edək ki, pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Telegram kanalımız