UEFA Çempionlar Liqası: “Bavariya” - “Real Madrid” oyununda yeddi qol vuruldu

saytların hazırlanması

Evə çatdırılma

UEFA Çempionlar Liqası: “Bavariya” - “Real Madrid” oyununda yeddi qol vuruldu

İdman

16 Aprel 2026 01:30 713


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçirilib.

"Yeni Sabah" xəbər verir ki, mərhələnin mərkəzi qarşılaşması Almaniyada baş tutub. "Bavariya"  "Real Madrid"i qəbul edib. 

Gərgin mübarizə şəraitində keçən matçda meydan sahibləri son dəqiqələrdə vurduqları iki qolla qalib gəliblər - 4:3. İlk oyunda səfərdə "Real Madrid"i üstələyən (1:2) Almaniya təmsilçisi iki matçın nəticəsinə (6:4) əsasən yarımfinala yüksəlib. pizza

"Bavariya" yarımfinalda PSJ ilə qarşılaşacaq.

Digər görüşdə isə "Arsenal" evdə "Sportinq"i qəbul edib. İlk görüşdə səfərdə rəqibinə 0:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi doğma meydanda "Sportinq"lə qolsuz heç-heçə edib - 0:0. "Arsenal" iki görüşün nəticəsinə (1:0) əsasən, adını 1/2 final mərhələsinə yazdırıb.

"Arsenal" bu mərhələdə "Atletiko Madrid" ilə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!